AZ

Qeyri-sabit hava şəraiti bu həftənin sonunadək davam edəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin bu həftənin sonunadək davam edəcəyi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeotologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgələrinin bəzi ərazilərində yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal edilir.

Bakıda və Abşeron yarımadasında avqustun 12-dən 13-nə keçən gecə və səhər arabir yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Seçilən
22
50
ikisahil.az

10Mənbələr