AZ

Paşinyan və Ərdoğan arasında telefon danışığı olub

Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Baş nazir Türkiyə Prezidentinə bu il avqustun 8-də Vaşinqtonda aparılmış danışıqların nəticələrini, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin” paraflanması, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciəti, regional kommunikasiyaların blokunun açılması, ərazi və məhkəmə hüququ prinsipləri əsasında Türkiyə prezidentinə təqdim edib.

Baş nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni keyfiyyətdə qurulmasına imkan yaradır.

Ermənistan-Türkiyə ikitərəfli gündəliyindəki məsələlər, xüsusən də əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsində irəliləyişlər müzakirə edilib. Baş nazir qeyd edib ki, onların həyata keçirilməsi üçün indi həmişəkindən daha əlverişli mühit yaranıb.

Seçilən
78
12
demokrat.az

10Mənbələr