AZ

Papauşvili: Ermənistan Azərbaycan Birgə Bəyannaməsi Cənubi Qafqaz xalqlarının rifahının yaxşılaşmasına xidmət edir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 11 avqust, AZƏRTAC

Ermənistan və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayıram. Bu sənəd hər üç Cənubi Qafqaz ölkəsinin xeyrinə və xalqlarının rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında söyləyib.

Papuaşvili deyib: “Onilliklər boyu davam edən münaqişə regionumuza ağır yük idi, əhalimizə, ölkəmizə, investisiya cəlbediciliyinə və sair sahələrə mənfi təsir edirdi. Ona görə də Gürcüstan həmişə sülh sazişinin və Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasının ən böyük dəstəkçisi olub və biz bu razılaşmanın əldə olunmasına çox şadıq”.

Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərini bu razılaşmanın əldə olunması münasibətilə təbrik edən Şalva Papuaşvili vurğulayıb: “Onlar bilirlər, biz həmişə təklif etmişik ki, sülh sazişi imzalanan kimi siyasi formatlara, o cümlədən parlamentlərarası formatlara yol açılır, ölkələr, siyasətçilər və parlamentarilər arasında etimadın inkişafı üçün yol açılır. Gürcüstan da bu məsələdə öz töhfəsini verəcək”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
2
azertag.az

10Mənbələr