Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-ın Montana ştatındakı Kalispell hava limanında təyyarə qəzaya uğrayıb.
Oxu.Az bu barədə "NBC Montana"ya istinadən xəbər verir.
Qeyd olunub ki, təyyarə hava limanında eniş edərkən alovlanıb, daha sonra uçuş-eniş zolağındakı hərəkətsiz təyyarəyə çırpılıb.
Məlumata görə, yanan təyyarədə dörd sərnişin olub, hadisə nəticəsində ciddi xəsarət alanların olmadığı deyilir.
Hadisə yerinə xilasedicilər, həmçinin polis və yanğınsöndürənlər cəlb ediliblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.