AZ

Ukrayna PUA və raket hücumuna məruz qalıb

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukraynanın müxtəlif bölgələri Rusiya ordusu tərəfindən PUA və raket atəşinə məruz qalıb.

APA xəbər verir ki, bu haqda Ukrayna Hərbi Hava Qüvvələri “Telegram” kanalında məlumat verilib.

Məlumatda yerli vaxtla saat 03:38-də ballistik təhlükənin olduğu bölgələrdə hava hücumu ilə bağlı sirenləri səsləndiyi qeyd olunub.

Gecə saatlarında Kiyev, Nijin şəhərləri, Sumı, Çerniqov vilayətləri istiqamətində, yüksək sürətli hədəflərin qeydə alındığı bildirilir.

Məlumatda həmçinin bildirilir: "PUA Çerniqov vilayətinin şimal-şərqində, cənub-şərq/cənub-qərb istiqamətlərində hərəkət edir. PUA-ların həmçinin Donetsk, Xarkov vilayətləri ərazisində, xüsusən də Xarkov vilayətinin mərkəzi hissəsində, şimal/şimal-şərq istiqamətlərində hərəkəti qeydə alınıb."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
50
apa.az

10Mənbələr