AZ

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları start götürür.

Fanat.Az xəbər verir ki, 10 görüşün hamısı bu gün baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” Bakıda “Şkendiya”nı qəbul edəcək. İlk görüşdə minimal hesablı qələbə qazanan Qurban Qurbanovun komandası doğma meydanda üstünlüyünü qorumağa çalışacaq.

Türkiyə nəhəngi “Fənərbağça” ötən həftə səfərdə uduzduğu “Feyenoord”dan evdə revanş almağa çalışacaq. 

“Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Ferentsvaroş” ilə “Ludoqorets” isə Macarıstanda qarşılaşacaqlar.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
12 avqust

20:00. "Qarabağ" – "Şkendiya" (Şimali Makedoniya)
İlk oyun - 1:0.

21:00. "Kopenhagen" (Danimarka) – "Malmö" (İsveç)
İlk oyun - 0:0.

21:00. "Fənərbağça" (Türkiyə) – "Feyenoord" (Niderland)
İlk oyun - 1:2.

21:00. "Pafos" (Kipr) – "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun - 1:0.

21:00. "Viktoriya" (Plzen, Çexiya) – "Reyncers" (Şotlandiya)
İlk oyun - 0:3.

21:30. "Brügge" (Belçika) – "Zalsburq" (Avstriya)
İlk oyun - 1:0.

22:15. "Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan)
İlk oyun - 0:0.

22:15. "Slovan" (Slovakiya) – "Kayrat" (Qazaxıstan)
İlk oyun - 0:1.

23:00. "Benfika" (Portuqaliya) – "Nitsa" (Fransa)
İlk oyun - 2:0.

23:00. "Srevna Zvezda" (Serbiya) – "Lex" (Polşa)
İlk oyun - 3:1.

Seçilən
1
3
fanat.az

10Mənbələr