AZ

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO

Bakı, 12 avqust, AZƏRTAC

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Fidan Cəfər qızı Bağırlı saxlanılıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F. Bağırlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

Seçilən
53
47
azertag.az

10Mənbələr