
Xəzər dənizində zəlzələ baş verib.
Reyting.az-ın məlumatına görə, bunu Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən bildiriblər.
Zəlzələ yerli vaxtla 11:16-da qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.1, dərinliyi 74 km olub.