Demokrat.az xəbər verir ki, aparıcı Ölkə.Az-a açıqlamasında bu məlumatın cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə bəzi şəxslər tərəfindən yayıldığını deyib:
"Məlumatları kimin yaydığını bilirəm. O şəxslər ajiotaj yaratmaq, məhkəməyə təsir etmək istəyirlər. Çünki bəzi qüvvələr var ki, mənim bəraət almağımdan qorxurlar. Bilirəm ki, mənim orada cinayət tərkibli hər hansı bir addımım olmayıb. Bu, məqsədyönlü şəkildə olunub ki, ictimaiyyətdə çaşqınlıq yaradılsın.
Vəkilim də var. Bütün bunlar zənnimcə, məhkəmə orqanlarına təsir etmək üçündür. Yalnız və yalnız bunu düşünürəm. Mənim orada heç bir cinayət əməlim yoxdur.
Sürücülük vəsiqəmin müddəti bir həftə idi ki, bitmişdi. Çox gərgin bir həftə idi. Bununla razıyam. Hansı sürücünün yadındadır ki, onun vəsiqəsinin vaxtı nə vaxt bitir?! Avtomobilin texniki baxış müddəti, sığortası bitəndə sürücü dərhal cərimə edilir. Nə üçün bu məsələdə cərimə yoxdur? İnsanlar bilməlidirlər".
A.Səfərova hadisə günü sürət həddini aşması ilə bağlı yazılanlara da münasibət bildirib:
"Onu kim sübut edib? Nə mən, nə də vəkilimiz bununla razıyıq. Çünki mən sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm. Adam qırmızıda keçib, özü də ikinci xəttə dönüb qarşıma çıxıb. Orada mənim qəzadan yayınmaq üçün heç bir texniki imkanım olmayıb.
10Mənbələr
-
azpost.infoTeleaparıcı Aytən Səfərovaya cinayət işi açılıb ( 20269131)
-
azadmedia.azAytən Səfərovaya cinayət işi açıldı » AzadMedia.az ( 20268660)
-
mia.azAparıcı Aytən Səfərovaya cinayət işi açılıb O, nədə ittiham olunur? (AÇIQLAMA, YENİLƏNİB) ( 20268267)
-
mia.azAparıcı Aytən Səfərovaya cinayət işi açılıb - O, nədə ittiham olunur? (AÇIQLAMA, YENİLƏNİB) ( 20267811)
-
bizim.media"Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm" - Aytən Səfərova ( 20265543)
-
editor.az“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova ( 20264511)
-
pravda.az"Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm" - Aytən Səfərova ( 20263887)
-
7news.azAytən Səfərovaya cinayət işi açıldı ( 20263803)
-
news24.azHaqqında iş açılan Aytən Səfərova: "Cinayətim olmayıb..." ( 20255943)
-
olay.azAytən Səfərova “cinayət işi” xəbərindən danışdı ( 20263137)