AZ

İndoneziyada 6,5 bal gücündə zəlzələ baş verib


İndoneziyanın Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) 6,5 bal gücündə zəlzələnin episentrinin əyalətin Abepura rayonundan 193 kilometr şimal-qərbdə olduğunu açıqlayıb.

10 kilometr dərinlikdə baş verən zəlzələdə tələfat və dağıntılar barədə məlumat verilməyib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
30
18
aia.az

10Mənbələr