AZ

FHN yük maşınında sıxılı qalan şəxsi xilas etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon paytaxtın Xəzər rayonu, Zuğulba qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
FHN-dən Moderator.az-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
 
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş, 2008-ci il təvəllüdlü Əzizov Teymur Marif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Seçilən
27
33
moderator.az

10Mənbələr