AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan çempionu “Qarabağ”ı UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.
İdman.biz xəbər verir ki, federasiyanın rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşıb.
“UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya" klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ" komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, - milli assosiasiyanın rəhbəri bildirib.
Qeyd edək ki, “Qarabağ” “Şkendiya”ya səfərdə 1:0, Bakıda 5:1 hesabları ilə qalib gəlib.
İdman.biz