AZ

AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" komandasını UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkə hesabında yazıb.

"UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "Şkendiya" klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn "Qarabağ" komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm", - milli assosiasiyanın rəhbəri bildirib.

Seçilən
31
19
publika.az

10Mənbələr