Yevlax.Trend:
Avqustun 13-ü saat 01 radələrində Mingəçevir şəhəri Nizamiküçəsində 2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədovşəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinəkəsilmiş-deşilmiş xəsarətlər yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.