AZ

14 avqust üçün hava proqnozu: Bakıda əsasən yağmursuz, rayonlarda leysan ehtimalı

14 avqust üçün hava proqnozu açıqlanıb.

Finss.az Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən xəbər verir ki, 14 avqust tarixində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +22…+25°C, gündüz +29…+33°C olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65–75%, gündüz 40–45% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağışşimşək çaxması gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağışdolu ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gecə +20…+24°C, gündüz +30…+35°C, dağlarda isə gecə +12…+17°C, gündüz +18…+23°C olacaq.

Əlavə bax: İranın Azərbaycandan idxalı 4 ayda 48,3% azalıb

Seçilən
97
27
fins.az

10Mənbələr