AZ

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda səfərdədir

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirin dəvəti ilə İslamabad şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, keçirilən qarşılanma mərasimində protokola uyğun olaraq general-polkovnik Kərim Vəliyev və feldmarşal Asim Munir Fəxri Qarovulun qarşısından keçiblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Mərasimin sonunda şəhidlər abidəsinin önünə əklil qoyulub.

Səfər çərçivəsində Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal Asim Muniri və Pakistan Ordusunun şəxsi heyətini “Müstəqillik günü” və “Haqqın qələbəsi” əməliyyatında əldə edilmiş uğur münasibəti ilə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.

Sonra feldmarşal Asim Munirə Azərbaycan müdafiə nazirinin əmri ilə verilmiş “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı təqdim olunub.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak edəcək.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

1b834fd6f716a6ef0f8f0cdcd0b29799

70838e2cc88be51d65cc7c3436520405

75942403617d148deeb7d606ccd1fe14

1e3f98c912c9652382718b655ec5c629

Seçilən
10
40
poliqon.az

10Mənbələr