AZ

Zelenski: Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid edirik

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid etdiyini bildirib.

Bakıvaxtı.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu o, Almaniya kansleri Fridrix Mertslə Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna üzrə videokonfransının yekunlarına dair birgə mətbuat konfransında deyib.

"Biz Alyaskada görüş haqqında danışdıq. Ümid edirik ki, danışıqların əsas məqamı atəşkəs olacaq", - Zelenski bildirib.

Qeyd edək ki, onlayn görüş Mertsin təşəbbüsü ilə Berlində keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
50
bakivaxti.az

10Mənbələr