ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn danışıqlar zamanı Ukrayna əraziləri ilə bağlı məsələlər müzakirə edilib.
Viral.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Mertslə Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna üzrə videokonfransının yekunlarına dair birgə mətbuat konfransında deyib.
“Biz bu gün bu məsələləri müzakirə etdik. Təbii ki, bunlar çox mürəkkəb məsələlərdir”, – o bildirib.
Son Yazılar:
- Trampla ərazi məsələləri müzakirə olunub
- İsrail ordusuna Qəzzaya hücum əmri verildi
- Rusiyadan təhlükəli müdaxilə: F-35-lər dərhal havaya QALDIRILDI
Eyni zamanda, Zelenski bir daha qeyd edib ki, Ukrayna Konstitusiyası onun ərazi bütövlüyünün pozulmasına imkan vermir. “Nə qədər ki, dövlətin konstitusiyası dəyişməz qalıb, mənim başqa mövqeyim ola bilməz”, – o əlavə edib.
Almaniya kansleri Fridrix Merts isə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları ilə bağlı Avropanın mövqeyini açıqlayıb.
O, Kiyev və onun Aİ və NATO tərəfdaşları tərəfindən razılaşdırılan əsas prinsipləri açıqlayıb: “Sonrakı görüşlər olarsa, Ukrayna danışıqlar masasında olmalıdır; danışıqlar düzgün qaydada aparılmalıdır – atəşkəs ilkin mərhələdə olmalıdır; Ukrayna ərazi məsələləri üzrə danışıqlara hazırdır, lakin Rusiyanın işğal etdiyi ərazilərin hüquqi cəhətdən tanınması müzakirə belə edirmir; Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanəti lazımdır”.