ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə telefonla danışıb.Bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, Tramp söhbətində Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən görüşünün məqsədlərini açıqlayıb:
“Prezident Tramp Zelenskiyə və Avropa liderlərinə bildirib ki, onun Vladimir Putinlə cümə günü keçiriləcək görüşündəki hədəfləri atəşkəsə nail olmaq və tam sülh sazişinin mümkün olub-olmadığını daha aydın başa düşməkdir”.