AZ

Trampdan Avropaya: Putindən dərhal atəşkəs tələb edəcəm...

ABŞ prezidenti Rusiyanın dərhal atəşkəsə razılaşacağına inanmır, Zelenskinin Alyaska görüşünə qatılmsı isə istisna edilib...

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə bildirib ki, Alyaskada keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putindən dərhal atəşkəs tələb edəcək. Lakin Tramp eyni zamanda Putinin buna razılıq verəcəyini gözləmədiyini vurğulayıb.

Nəşrin iki mənbəsinin sözlərinə görə, Avropa rəsmiləri əvvəlcə sammitdə birbaşa təmsil olunmaq istəyib, hətta Niderland baş naziri Mark Rüttenin və ya başqa bir Avropa liderinin, eləcə də Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı təklif olunub.

Lakin Almaniya kansleri Fridrix Merts ilə Tramp arasında baş tutan telefon danışığında ABŞ prezidenti Zelenskinin danışıqların ilk mərhələsində iştirakı halında prosesin pozula biləcəyindən narahatlığını ifadə edib.

Bu gün isə Tramp razılaşıb ki, Putinə görüşdən sonra əvvəlcə Zelenskini, daha sonra isə Avropa liderlərini danışıqların nəticələri barədə məlumatlandırsın. Bu barədə Almaniya rəsmiləri açıqlama verib.

Poliqon.info

Seçilən
48
40
poliqon.info

10Mənbələr