AZ

Özgür Özəl barəsində istintaq başladıldı

CHP Başqanı Özgür Özəlin Prezident Rəcəb Tayyib Ərdoğana yönəlik ifadələri ilə bağlı istintaq başladılıb.Metbuat.az xəbər verir ki, bu barədə AK partiyasının sözçüsü Ömər Çelik məlumat verib. O, CHP liderinin açıqlamalarını sərt şəkildə tənqid edib və bunların siyasi ədəbə uyğun olmadığını bildirib. Çelik, Prezidentin hüququnu qorumağın əsas dəyərlərindən biri olduğunu vurğulayıb və bu tip “yalan siyasət”ə qarşı cavab veriləcəyini qeyd edib. Ədliyyə naziri Yılmaz Tunç da açıqlama yayaraq Özgür Özəlin sözləri ilə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladıldığını bildirib. Tunç bu ifadələrin 86 milyon insanı təmsil edən iradəyə qarşı açıq hücum olduğunu deyib.Prezident köməkçisi Cevdet Yılmaz isə CHP liderinin açıqlamalarını milli iradəyə və dövlətin ən yüksək vəzifəsinə hörmətsizlik kimi qiymətləndirib. Onun sözlərinə görə, ana müxalifət partiyası məsuliyyətini unudaraq gərginlik siyasətini davam etdirir.

Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran da sosial mediada paylaşım edərək, səviyyəsiz ifadələrin siyasi etikaya uyğun olmadığını və cəmiyyətdə birliyi pozduğunu vurğulayıb. O, məsul vəzifədə olan siyasətçilərin birliyi qoruyacaq üslubda çıxış etmələrinin vacibliyini xatırladıb.

Seçilən
41
11
metbuat.az

10Mənbələr