AZ

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olanların qeydiyyatı başlanır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 14-ü saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olanlar üçün qeydiyyat prosesinə başlanacaq.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul olan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
28
azertag.az

10Mənbələr