AZ

Rusiya Ukraynanın raket istehsalı müəssisələrinə hücum edib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əldə etdiyi məlumatlar, Ukraynada Qərbi Avropa ölkələrindən birinin köməyi ilə qurulan uzaqmənzilli raket istehsal edən müəssisələrə hücum edilməsinə imkan verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə FSB İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib.

Məlumata görə, agentlik “Ukrayna tərəfinin “Sapsan” sistemlərini hazırladığı və istehsalına başladığı” barədə məlumat əldə edib:

“Qərbi Avropa ölkələrindən birinin mütəxəssislərinin maliyyə yardımı və dəstəyi ilə Ukraynanın Dnepropetrovsk və Sumı bölgələrindəki müdafiə müəssisələrinin Rusiya ərazisinin dərinliklərinə zərbə endirə biləcək “Sapsan” operativ-taktiki raket sistemlərinin hazırlanması və istehsalını həyata keçirdiyi müəyyən edilib”.

Bildirilib ki, Rusiya təhlükəsizlik qurumlarının koordinasiyalı hərəkətləri təhdidin qarşısını almağa və Ukrayna ballistik raketlərinin texniki istehsal bazasını məhv etməyə imkan verib.

Seçilən
32
14
cebheinfo.az

10Mənbələr