AZ

Ukrayna ordusu Rostova zərbə endirdi - 13 yaralı var – VİDEO

Rostov-na-Donu şəhərinə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 13 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusar “Telegram” kanalında bildirib.

"Dəqiqləşdirilmiş məlumata görə, iki yaralı şəhərin tibb müəssisələrinə çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Daha 11 yaralı hazırda xəstəxanaya aparılır. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdiriləcək", - o qeyd edib.

Y.Slyusarın sözlərinə görə, Rostova PUA hücumundan sonra Telman və Lermontovskaya küçələrində bir neçə çoxmənzilli ev zədələnib.

Bizim.Media

Seçilən
68
36
bizim.media

10Mənbələr