AZ

İrəvandan “Tramp yolu” açıqlaması: İranla məsələni həll etdik

BAKI, 14 avqust. TELEQRAF

“Ermənistan İranın “Tramp yolu” layihəsi ilə bağlı narahatlığını nəzərə alıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Vaan Kostanyan İran KİV-ə müsahibəsində deyib.

“Ermənistan İranın narahatlığını nəzərə alıb və “Tramp yolu” kimi tanınan kommunikasiya layihəsi ilə bağlı ilkin danışıqlar zamanı bu incə məqamlar nəzərə alınıb. Bu layihənin bəzi təfərrüatları artıq müəyyən edilib və razılaşdırılıb, mən bunu İran tərəfi ilə bölüşmüşəm və onları ictimaiyyətə açıqlamağa hazıram”, - rəsmi bildirib.

Kostanyan əlavə edib ki, yola nəzarət edəcək ABŞ şirkətinin Ermənistanda qeydiyyata alınması planlaşdırılır:

“Bu, ABŞ təhlükəsizlik qüvvələrinin regionda yerləşməsi demək deyil. Bu, İran tərəfini narahat edən əsas məsələlərdən biri idi və hesab edirəm ki, bu, həllini tapıb.

İndi Ermənistan-Azərbaycan münasibətlərində yeni dövrə qədəm qoyuruq. Bu, təkcə ikitərəfli münasibətlərimizə deyil, həm də regional dinamikaya müsbət təsir göstərəcək.

Azərbaycanla əsas razılaşmalarımızdan biri regionda nəqliyyat marşrutlarının ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam qarşılıqlı hörmət əsasında bərpa edilməsidir. Praktikada bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı üçün, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti ilə yeni imkanlar açacaq ki, bu da Ermənistan və İranın Qara dənizə çıxışı deməkdir”.

Seçilən
6
2
teleqraf.com

10Mənbələr