AZ

"Rusiya və İran arasında Cənubi Qafqazda Zəngəzur müzakirələri" - İran mətbuatı

"Əgər dövlətlərin ərazi bütövlüyü pozulmazsa, Tehran Zəngəzur dəhlizinin reallaşmasını dəstəkləyir..."

Avqustun 13-də axşam Rusiyanın Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovaev təcili şəkildə Tehrana gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "iran.ru" nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Xovayev birbaşa olaraq İran xarici işlər naziri Abbas Arakçı ilə görüşüb. Görüşdə hər iki ölkənin mühüm regional məsələlərdə mövqelərinin üst-üstə düşdüyü vurğulanıb.

Zəngəzur dəhlizi və "Tramp marşrutu"

Müzakirələrin əsas mövzusu Cənubi Qafqazdan keçəcək tranzit marşrutu - Zəngəzur dəhlizi olub. Bu yol Azərbaycanın cənub-qərb hissəsini Naxçıvanla birləşdirəcək. Layihə ABŞ prezidenti tərəfindən "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" adlandırılıb. Donald Tramp bəyan edib ki, Ermənistan Vaşinqtonla bu yolun inkişafı üçün tərəfdaşlıq edəcək və müqavilə 99 ilə qədər uzadıla bilər.

İran XİN-in açıqlamasına görə, Arakçı həm Xovaev, həm də Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla ayrıca görüşlərində dəhliz məsələsini müzakirə edib. Hər iki görüşdə İranın prinsipial mövqeyi təsdiqlənib: regional problemlər yalnız bölgə ölkələrinin səyləri ilə və xarici müdaxilə olmadan həll edilməlidir.

Arakçı əlavə edib ki, tranzit yollarının açılması dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılaraq aparılmalı, heç bir layihə bölgədə geosiyasi dəyişikliyə və ya mövcud nəqliyyat əlaqələrinin pozulmasına gətirib çıxarmamalıdır.

Vaan Kostanyan bildirib ki, Ermənistan İranla münasibətləri strateji hesab edir və tranzit yollarla bağlı qərarlarda İranın regional təhlükəsizlik və geosiyasi maraqlarına xüsusi önəm verir.

Avqustun 10-da ayətullah Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Moskva qoşulsa da, qoşulmasa da, İran Zəngəzur dəhlizinin yaradılmasına imkan verməyəcək. Onun sözlərinə görə, bu marşrut "Donald Trampın muzdluları üçün qəbiristanlığa" çevriləcək. Vilayəti Trampı :Cənubi Qafqazı 99 illiyinə icarəyə vermək istəyən" şəxs kimi təsvir edib.

Moskva isə bu layihəni həm Rusiyanın, həm də İranın strateji maraqlarına "güclü zərbə" adlandırıb, bunun əslində ABŞ-ın Ermənistanda yarı-hərbi baza yaratması və Cənubi Qafqazın strateji xəritəsini dəyişməsi demək olduğunu vurğulayıb.

Avqustun 11-də İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, əgər dövlətlərin ərazi bütövlüyü pozulmazsa, Tehran Zəngəzur dəhlizinin reallaşmasını dəstəkləyir. O, "Bu dəhliz xəbərlərdə şişirdildiyi kimi deyil" deyərək, İranın tələblərinin təmin olunduğunu bildirib.

Seçilən
41
50
moderator.az

10Mənbələr