"Araz-Naxçıvan" Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Kiprdə cavab oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Bakı vaxtıilə saat 21:00-da "Omoniya" ilə qarşılaşıb. Görüş danimarkalı FIFA referisi Yakob Kehletə həvalə olunub.
İlk oyun Kipr komandasının böyükhesablı qələbəsi ilə yekunlaşmışdı: 0:4.
Qeyd edək ki, mərhələ adlayan "Omonia" klubu PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) cütünün məğlubu ilə (Avropa Liqası) qarşılaşacaq.
14 avqust, Konfrans Liqası, III təsnifat mərhələsinin cavab oyunu
"Omonia" 5:0 "Araz-Naxçıvan"
Ümumi hesab - 9:0
Qollar: Villi Semedo (9'), Stevan Yovetiç (23'), Evandro (30', 45+4' ), Mateuş Musialovski (79')
Komandaların heyətləri:
"Omonia": 40. Fabiano, 21. İoannis Masuras, 5. Senu Kulibali, 30. Nikolas Panaqiotu, 3. Fotias Kitsos, 11. Evandro, 31. İoannis Kussulos (k), 6. Karel Eytinq, 75. laizos Laizu, 7. Villi Semedu, 8. Stefan Yovetiç
Baş məşqçi: Henninq Berq
"Araz-Naxçıvan": 12. Kristiaan Avram, 77. Bruno Aleksandre, 44. Rahil Məmmədov, 17. İssuf Paro, 26. Ömər Buludov, 29. Vanderson (k), 23. Nuno Rodriqes, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev