Qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən şəhər ərazisində monitorinqlər aparılıb. Belə ki, 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı və nömrələnməsi işlərinə başlanılıb.
İnventarlaşdırılmış ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatları ictimaiyyət www.agac.az səhifəsindən izləyə biləcək.
Qeyd edək ki, qurumuş və qəzalı ağacların götürülməsi və yerinə yeni ağacların əkilməsi işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.






Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti
10Mənbələr
-
oxu.azSədr: Məqsədimiz Gəncəni yaşıllıqlarla zəngin məkana çevirməkdir ( 20371857)
-
ekologiya.azGəncə şəhərində aparılan abadlaşdırma işləri çərçivəsində qurumuş və qəzalı ağacların inventarlaşdırılmasına başlanılıb ( 20370570)
-
ikisahil.azMirsalam Qənbərov: MəqsədGəncəni daha yaşıllıqla zəngin şəhərə çevirməkdir ( 20370465)
-
report.azMirsalam Qənbərov: Gəncəni daha yaşıllıqla zəngin, baxımlı və estetik şəhərə çevirmək istəyirik ( 20369970)
-
qafqazinfo.azGəncədə keçiriləcək III MDB Oyunlarına hazırlıq gedir - Fotolar-Yenilənib ( 20369196)
-
far.azGəncədə qurumuş və qəzalı ağacların inventarlaşdırılmasına başlanılıb ( 20366877)
-
modern.azGəncədə qurumuş və qəzalı ağaclar inventarlaşdırılır ( 20366745)
-
demokrat.azGəncədə qurumuş və qəzalı ağacların inventarlaşdırılmasına başlanılıb — FOTOLAR ( 20364894)
-
manset.azGəncədə qurumuş və qəzalı ağaclar yenisi ilə əvəzlənəcək - FOTOLAR ( 20364735)
-
Ajans.azGəncə şəhərində qurumuş və qəzalı ağacların bərpasına başlanılıb ( 20364564)