AZ

Metrodan istifadə edənlərin sayı 2%-ə yaxın azaldı

BAKI, 15 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında metrodan 127 milyon 587,1 min sərnişin istifadə edib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azdır.

Hesabat dövründə metroda sərnişin dövriyyəsi isə 1 milyon 505,9 min km təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında metro ilə 111 milyon 394 min nəfər daşınıb.

Qeyd edək ki, ümumilkdə sərnişinlərin 88,6 faizi avtomobil, 10,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Seçilən
49
25
teleqraf.com

10Mənbələr