BAKI, 15 avqust. TELEQRAF
Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrində çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, Gürcüstanla sərhəddə “Qırmızı Körpü” gömrük postunda 440, “Mazımqara” gömrük postunda isə 8 yük nəqliyyat vasitəsi növbədədir.
Rusiya ilə sərhəddə “Xanoba” gömrük postunda 2, “Samur” gömrük postunda isə 95 yük maşını gözləyir.
İran İslam Respublikası ilə sərhəddə isə “Biləsuvar” gömrük postunda 165, “Astara” gömrük postunda 54 yük maşın növbədədir.