Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı-Körpü” gömrük postunda 440 avtomobil gözləyir.
Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Samur” gömrük postunda 95, "Mazımqara" gömrük postunda 8, "Biləsuvar" gömrük postunda 165, Astara" gömrük postunda isə 54, “Xanoba” gömrük postunda isə 2 yük avtomobili gözləyir.