AZ

Şəhid anası öz doğum günündə vəfat etdi

Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.

Redaktora.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün 62 yaşında öz doğum günündə dünyasını dəyişib.

Qeyd edək ki, Nəcəfi Elxan Şükür oğlu 1986-ci ildə Ağdamın Yusifcanlı kəndində anadan olub. 

Elxan Nəcəfi Vətən müharibəsi iştirakçısı olub, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

Elxan Nəcəfinin atası Şükür Nəcəfi isə Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Xatırladaq ki, “Qafqazinfo” ötən il şəhid ailəsindən geniş reportaj hazırlamışdı. Həmin reportajla buradan tanış ola bilərsiniz.

22
Seçilən
7
18
redaktor.az

10Mənbələr