Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Donald Trampla görüşdən sonra Alyaskada sovet pilotlarının məzarına gül dəstələri qoymağı planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
"Bəli, orada bizim sovet hərbi pilotlarımızın məzarları var, həmçinin bir mülki vətəndaş dəfn olunub. Biz gözləyirik ki, bütün iş proqramı başa çatdıqdan sonra, yola düşməzdən əvvəl Putin məzarlara mütləq gül dəstələri qoyacaq", - Peskov deyib.
QAZİLER.AZ