AZ

Putin: Trampın prezidentliyi dövründə Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi artmağa başlayıb

Donald Tramp administrasiyası dövründə Rusiya ilə ABŞ arasında ikitərəfli ticarət dövriyyəsi artmağa başlayıb.

"Report"un məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Donald Trampla dar tərkibdə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Yeri gəlmişkən, ABŞ-nin yeni administrasiyasının gəlişi ilə ikitərəfli ticarət artmağa başlayıb. Bütün bunlar simvolik xarakter daşıyır, lakin yenə də 20 faiz artımdan söhbət gedir. Mən deyirəm ki, bizim birgə fəaliyyət üçün çox maraqlı sahələrimiz var", - Rusiya prezidenti qeyd edib.

Seçilən
41
2
report.az

10Mənbələr