AZ

Azərbaycan Premyer Liqası: İlk turun daha 2 oyunu keçiriləcək

BAKI, 16 avqust. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün I turun daha 2 oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, iddialı komandalardan “Turan Tovuz” ev oyunlarını keçirdiyi Şamaxıda debütant “İmişli”nı sınağa çəkəcək.

“Neftçi” isə yerli azarkeşləri önündə “Şamaxı”nı məğlub etməyə çalışacaq.

Turun ilk görüşündə dünən “Karvan-Yevlax” – “Qəbələ” oyununda heç-heçə (1:1) qeydə alınıb. I tur sabah baş tutacaq daha 2 qarşılaşma ilə davam edəcək.

Azərbaycan Premyer Liqası, I tur

16 avqust

17:00 “İmişli” – “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov

VAR: Tural Qurbanov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Şamaxı şəhər stadionu

20:00 “Neftçi” – “Şamaxı”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: İnqilab Məmmədov

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Neftçi Arena”

Seçilən
30
35
teleqraf.com

10Mənbələr