AZ

CNN: Putin Alyaska sammitində iki böyük qələbə qazandı...

ABŞ mediası hesab edir ki, Rusiya lideri həm imic, həm də hərbi cəbhədə üstünlük əldə edib...

Poliqon xəbər verir ki, ABŞ-nin CNN telekanalı Rusiya prezidenti Vladimir Putinin Alyaskada keçirilən sammitin nəticələrinə görə iki mühüm qələbə qazandığını bildirib.

Jurnalistlərin fikrincə, ilk qələbə “ABŞ-da qırmızı xalça üzərində keçirilən təmtəraqlı görüş mənzərəsi” olub. Müəlliflər qeyd edirlər ki, bu mənzərə Ukraynalılar üçün “dəhşətli bir görüntü” idi.

İkinci qələbə isə, CNN-in təhlilinə görə, Putinin “cəbhə xəttində irəliləyişlərini davam etdirmək üçün əlavə vaxt qazanması” ilə bağlıdır. Materialda vurğulanır ki, “vaxt həlledici amildir, çünki Putinin yay hücumu tədrici uğurlarını strateji qələbələrə çevirmək üzrədir”.

Xatırladaq ki, cümə günü Vladimir Putin və Donald Tramp altı ildən sonra ilk dəfə tamformatlı görüş keçiriblər. Sammit Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında baş tutub və tərəflərin “əhəmiyyətli irəliləyiş” barədə bəyanatları ilə yekunlaşıb, lakin hər hansı saziş imzalanmayıb.

Görüşdə Ukraynada müharibənin dayandırılması, nüvə silahlarının nəzarətdə saxlanılması perspektivləri, həmçinin iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əlaqələrin bərpası müzakirə olunub.

Poliqon.info

Seçilən
90
43
poliqon.info

10Mənbələr