AZ

Tramp xanımının məktubunu Putinə təqdim etdi » AzadMedia.az


ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən görüş zamanı rusiyalı həmkarı Vladimir Putinə öz həyat yoldaşı Melaniyanın məktubunu təqdim edib.

Bu barədə "Reuters" 2 nəfər adı çəkilməyən Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Onlar məktubun məzmununu təqdim etməyiblər. Təkcə onu qeyd ediblər ki, məktub Ukraynadakı münaqişə zamanı qaçırıldığı iddia edilən uşaqların taleyinə aiddir.

Qeyd edək ki, dünənki görüşdə Melaniya Tramp həyat yoldaşı Donald Trampı müşayiət etməyib.
Seçilən
26
29
azadmedia.az

10Mənbələr