AZ

Axios: Tramp deyir ki, Ukrayna ilə sülh sazişi atəşkəsdən daha yaxşıdır

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski və Aİ liderləri ilə telefon danışığında Rusiya prezidenti Vladimir Putinlə müvəqqəti atəşkəsdənsə, Ukrayna üzrə hərtərəfli sülh sazişinin tərəfdarı olduqlarını bildirib.

APA xəbər verir ki, bunu "Axios" portalı yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Tramp Zelenskiyə və Avropa liderlərinə deyib ki, Putin atəşkəsdə deyil, müharibəyə son qoyacaq hərtərəfli nizamlanmada maraqlıdır. Tramp əlavə edib ki, sülh sazişinin tezliklə bağlanması atəşkəsdən yaxşıdır.

Seçilən
9
50
apa.az

10Mənbələr