Demokrat.az xəbər veirr ki, TƏBİB-in yaydığı məlumata görə, yaralanan şəxslər Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb.
"Şabran rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 9 nəfər (3-kişi, 6-sı qadın) Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hadisə nəticəsində xəsarət alan şəxslərə kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin açıq yaraları, müştərək travma və müxtəlif nahiyələrin sınıqları diaqnozları təyin olunub.
Vəziyyəti ağır qiymətləndirilən 1968 və 1986-cı il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində, 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilib və müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1979 (kişi), 1981 (qadın), 1985 (qadın) və 1986-cı il təvəllüdlü (qadın) şəxslər zəruri təcili tibbi yardımlar göstərildikdən sonra Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
1994 və 2001-ci il təvəllüdlü şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir" – məlumatda qeyd edilib.
10Mənbələr
-
news24.azGəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada öldü ( 20437989)
-
7news.azXaçmazda maşın ağaca çırpılıb, sürücü ölüb ( 20441592)
-
xezerxeber.azXaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb ( 20441514)
-
azertag.azXaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb ( 20441292)
-
mynews.azGəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb ( 20441094)
-
7news.azGəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb ( 20440449)
-
missiya.azGəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb ( 20439384)
-
ikisahil.azXaçmazda maşın ağaca çırpılıb, sürücü ölüb ( 20439006)
-
azreform.infoAvtomobilin vurduğu qadın 4 gün sonra öldü ( 20438907)
-
hakimiyyet.azAvtomobilin vurduğu qadın 4 gün sonra öldü ( 20438883)