AZ

Pekin Alyaska sammitini izləyir: Ukrayna üzrə kompromis Tayvan üçün nə deməkdir?..

Ekspertlər: ABŞ-ın güzəştləri Çini cəsarətləndirə bilər...

Poliqon xəbər verir ki, Alyaskada keçirilən Putin-Tramp görüşü yalnız Ukrayna müharibəsi ilə məhdudlaşmır, həm də Pekin üçün mühüm mesaj xarakteri daşıyır.

Siyasətçilər və analitiklər Fox News-a açıqlamalarında bildiriblər ki, böyük dövlətlərin kiçik ölkələrin taleyi ilə bağlı masa arxasında qərar qəbul etməsi Çinin lideri Si Cinpinin üstünlük verdiyi dünya nizamını legitimləşdirir.

Litvanın müdafiə naziri Dovile Şakalene bəyan edib ki, Vaşinqtonun hər hansı güzəşti Pekinə siqnal olacaq: Çin bu addımı Hind-Sakit okean regionunda daha sərt davranışlar üçün stimul kimi qəbul edə bilər. Onun sözlərinə görə, risklərin daha az görünməsi Pekini təcavüzkar siyasətə sövq edəcək.

ABŞ-nin Ukraynanı “satması” görüntüsü yaranacağı halda, Pekin sadə nəticə çıxaracaq: təzyiq özünü doğruldur və bununla bağlı xərclər idarəolunandır. Bu isə Çinin Tayvan ətrafında hərbi müdaxilələri aktivləşdirməsi və “boz zona”da təzyiqləri artırması ilə nəticələnə bilər. Məqsəd Vaşinqtonun sabitliyi qorumaq əvəzində susqunluğa razı olub-olmadığını yoxlamaqdır.

ABŞ-də FDD (Demokratiyaların Müdafiəsi Fondu) nəzdində Çin Proqramının direktoru Kreyq Sinqlton bildirib ki, Pekin Ukrayna ilə bağlı hər hansı güzəştli razılaşmanı Tayvana qarşı əlavə təzyiq imkanlarının genişlənməsi kimi görəcək. Onun fikrincə, bu, ABŞ-ın müttəfiqlərinin Vaşinqtonun elan etdiyi “qırmızı xətlər”ə etimadını ciddi şəkildə zəiflədə bilər.

Poliqon.info

Seçilən
63
18
poliqon.info

10Mənbələr