Bu gün saat 21:30 radələrində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində rayon sakini Valeh Həsənov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək dəmir arakəsməyə dəyib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza zamanı avtomobildə sərnişin qismində olan İnqilab Ağayev hadisə yerində vəfat edib.
Sürücü və digər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.