AZ

ABŞ-ın birinci xanımının Putinə məktubu YAYILDI - Görün nə istəyib

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib. O, bunu ABŞ Prezidenti Donald Tramp vasitəsilə çatdırıb.

Musavat.com Fox News-a istinadən həmin məktubun mətnini təqdim edir: 

"Hər bir uşağın – şəhərdə doğulmasından və ya kənddə böyüməsindən asılı olmayaraq eyni səmimi arzuları vardır: sevgi, imkanlar və təhlükəsizlik. Valideynlər və liderlər olaraq biz növbəti nəsilin gələcəyini qorumaq məsuliyyətini daşıyırıq, bu məsuliyyət fərdi rahatlıqdan üstündür. Uşaqlar təvazökar, saf və günahsız doğulurlar, bu saflıq coğrafiya, dövlət və ideologiyadan yuxarıdır. Bəzi uşaqların həyatı qaranlıq qüvvələr tərəfindən pozulur, lakin Putinin hərəkəti ilə bu uşaqlara melodik, səssiz gülüşlərini geri qaytarmaq mümkündür." Marqarita pizza

Daha sonra Tramp məktubunda xatırladır: “Onların günahsızlığını qoruyaraq, siz yalnız Rusiyaya deyil, bütöv insanlığa xidmət edəcəksiniz. Bu cəsarətli fikir insan münaqişələrindən üstündür və siz bunu bir imza ilə həyata keçirə bilərsiniz.”

Məktub “saat gəlib çatdı” sözləri ilə bitir. 


Telegram kanalımız
Seçilən
28
23
yenisabah.az

10Mənbələr