AZ

Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın oldu

Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bizim.Media  xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, anğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Bizim.Media

Seçilən
35
50
bizim.media

10Mənbələr