Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şəkidə ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün gecə saatlarında Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində olub.
Hərəkətdə olan “VAZ-21723” markalı minik avtomobili və evakuator toqquşub. Hadisə zamanı “VAZ”ın sürücüsü 1981-ci il təvəllüdlü Natiq Calalov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mübariz Muradov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.