AZ

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisində keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın məlumatına görə, qəza nəticəsində Şəki rayon sakini 34 yaşlı Natiq Cəlalov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Seçilən
31
27
sia.az

10Mənbələr