
Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə məlumat daxil olub.
Nazirliyin məlumatına görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.