AZ

Uşaqlıq arzusunu reallaşdırdı: Gecə yatmadım, yuxu kimi idi – VİDEO

“Formula-1”in “Haas” komandasının pilotu Esteban Okon ralliyə aid qeyri-adi arzusundan danışıb.

Publika.az xəbər verir ki, 28 yaşlı sürücü sürət festivalının bir hissəsi olaraq Qudvudda “Toyota” ilə əməkdaşlıq çərçivəsində ilk dəfə rallidə istifadə olunan avtomobilin sükanı arxasına keçib. Bu, Estebanın uşaqlıqdan qəlbində saxladığı arzunu gerçəkləşdirməsinə imkan verib.

“Yaponiyaya səfərimizdən bəri daim deyirdim ki, mən maşınları sevirəm və həmişə WRC bolidini sınamaq istəmişəm. Onlara kifayət qədər təşəkkür edə bilmirəm. Demək olar ki, gecə yatmadım. Bu maşını idarə etmək reallaşan bir yuxu idi.

Uşaq olanda bir arzum vardı: bir gün Formula-1-də kifayət qədər uğur qazanacağam və gündəlik istifadə üçün, hətta mağazaya getmək üçün belə WRC maşını alacağam. Sonradan öyrəndim ki, bu maşınlardan yollarda istifadə etmək olar, amma yarışlarda iştirak üçün xüsusi icazə lazımdır. Amma 12 yaşımda bu mənim yuxum idi”, – deyə Okon bildirib.

Seçilən
55
50
publika.az

10Mənbələr