İsrail Səna bölgəsində Husilərə məxsus enerji obyektinə zərbələr endirib.
“Paralel.az ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zərbələr Husi terror rejiminin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı təkrar hücumlarına, o cümlədən ölkə ərazisinə doğru yer-yer raketləri və pilotsuz uçuş aparatlarının atılmasına cavab olaraq Səna bölgəsində həyata keçirilib.