Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin “Ferentsvaroş” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Macarıstan və Azərbaycan çempionları arasındakı ilk qarşılaşma Budapeşt şəhərində baş tutacaq.
Bu oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmada baş hakim Juan Pedro da Silva Pineyro olacaq. Ona yan xətt hakimləri Bruno Migel Alves Jezus və Lusiano Antonio Qomes Maya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaudio Filipe Ruivo Pereyra yerinə yetirəcək.
Tyaqo Bruno Lopes Martinş VAR hakimi, Fabio Oliveyra Melo isə VAR hakiminin köməkçisi kimi iş başında olacaqlar.
Xatırladaq ki, sözügedən oyun avqustun 19-da Budapeştdəki “Ferentsvaroş Arena”da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Bakı şəhərində baş tutacaq.