AZ

Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen avqustun 18-də ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə birlikdə Vaşinqtona gedəcək.

APA xəbər bu barədə Sky News məlumat yayıb.

Məlumata görə, Tramp ilə görüş üçün Vaşinqtona həmçinin Almaniya kansleri Fridrix Mers və İtaliyanın Baş naziri Corca Meloni də gələcək. Bundan əlavə, Fransanın Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb da iştiraklarını təsdiqləyiblər.

Bloomberg öz mənbələrinə istinadən xəbər verir ki, görüşə NATO Baş katibi Mark Rütte də qatılacaq.

Bild nəşrinin məlumatına görə, böyük ehtimalla Böyük Britaniyanın Baş naziri Kir Starmerdə Vaşinqtona yollanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
43
apa.az

10Mənbələr